İngiltərənin Suriyayla silah alış-verişi davam edir

18 İyul 2013 16:52 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, İngiltərənin, insan hüquqları pozuntularından ötəri tənqid etdiyi ölkələrə 12,3 milyard sterlinqlik silah satılmasına icazə verdiyi ortaya çıxıb. İngiltərə Parlamentindəki Silah İxracatına nəzarət Komissiyasının hesabatına görə, İngiltərənin 27 ölkəyə silah və kəşfiyyat avadanlıqları satışı mövzusunda 3 mindən çox ixracat lisenziyasına təsdiq verdiyi ideyilib. Silah satılan ölkələr arasında Suriya, İran, Çin, Şri Lanka, Misir, Tunis, Liviya, İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələr də var. Hesabat, İngiltərənin Suriyalı müxaliflərə strateji materialların göndərildiyi dövrdə Suriya hökumətinə satış edilməsinə imkan verən sənədlərin təxirə salınmadığını da göstərib. İngilis mediası İsrailə 7,7 milyard sterlinqlik hərbi vəsait satışının bu günə qədər ictimaiyyətlə paylaşılmadığına diqqət çəkib. Mətbuat həmçinin insan hüquqlarını pozan Suriya Prezidenti Bəşər Əsəd və İran prezidenti Mahmud Əhmədinejad ilə edilən müqavilələrin nəzərdən keçirilməsini istəyib.