İmişlidə avtomobil aşdı, sürücü xəsarət aldı

1 İyun 2020 20:50 (UTC+04:00)

İmişli rayonunda yol qəzası baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Xubyarlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini Rauf Ramiz oğlu Məmmədovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.