İki ağzı və iki dili olan uşaq doğuldu - FOTO

1 İyun 2020 23:30 (UTC+04:00)

ABŞ-da iki ağzı olan qız uşağı dünyaya gəlib.

Mövqe.az medicina.az-a istinadən bildirir ki, uşaqdakı anomaliya artıq ana bətnində ikən üzə çıxıb. Hamiləlik zamanı edilən ultrasəs müayinə zamanı çənə sümüyündə artıq kütlə müşahidə olunub. Lakin mütəxəssislər bunun uşağın əlavə ağzı ola biləcəyini təxmin etməyiblər.

Uşaq dünyaya gələndən sonra məlum olub ki, onun ikinci ağzı var. Təxminən bir santimetrlik bu ağza balaca çənə, hələ çıxmamış dişlər və əsas dilin hərəkətlərini təkrarlayan ikinci dil də var.