Abituriyentin anasının görünməmiş etiraz aksiyası..

18 İyul 2013 17:14 (UTC+04:00)

Mövqe.az ANSPRESS-ə istinadən xəbər verir ki, iyulun 18-də abituriyent valideyni Bakıda Tələbə Qəbulu Komissiyasının (TQDK) binasına zəncirləyib..Göyçay rayonundan gələn ad və soyadının dəqiqləşdirmədiyimiz valideyn III qrupa imtahan verən oğlunun nəzarətçilər tərəfindən haqsız yerə imtahan zalından kənarlaşdırıldığını söyləyib. Qadının özünü zəncirləməsi ilə əraziyə polis çağrılıb. Maşınla yoldan keçənlər qadının bu etiraz aksiyasının maraqla izləyiblər. Əraziyə gələn polis əməkdaşımıza çəkiliş aparmağa mane olub. TQDK binasına zəncirlənən qadına polis müdaxilə edib və zənciri açaraq onu ərazidən uzaqlaşdırıblar. Məsələyə TQDK-dan münasibət bildimələrini istəsək də komissiyadan bizə cavab verən olmadı.