Mədəniyyət Nazirliyi məlumat yaydı

2 İyun 2020 13:07 (UTC+04:00)
Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb. Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Mövqe.az-a bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir. "Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən, Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb", - nazirlikdən qeyd olunub.