ARDNŞ-də BMT-nin İnkişaf Proqramının nümayəndələri ilə görüş keçirilib

18 İyul 2013 17:33 (UTC+04:00)

İyulun 17-də ARDNŞ-nin Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndələrini qəbul edib.


Mövqe.az-ın məlumatına görə, görüş zamanı ARDNŞ və BMT-nin İnkişaf proqramı arasında enerji effektivliyi, bərpa olunan enerji və dayanıqlı nəqliyyat, eləcə də iqlim dəyişmələrinə təsir edən digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Bu sahədə BMT-nin İnkişaf Proqramı ARDNŞ ilə birgə əməkdaşlıq çərçivəsində Qlobal Ətraf mühit üzrə Fondun təqdim etdiyi qrant vəsaitinə uyğun olaraq yekun müraciətin hazırlandığı və müraciətin hazırlanması işində ARDNŞ ilə sıx əməkdaşlığın vacib olduğu qeyd edilib.