Rusiya Premyer Liqası azarkeşlərlə bərpa olunacaq

2 İyun 2020 14:48 (UTC+04:00)
Futbol üzrə Rusiya Premyer Liqası iyunun 19-da bərpa olunacaq. "Report"un məlumatına görə, bu barədə baş nazirin müavini Dmitri Çernışenko bildirib. O, çempionat matçlarında azarkeşlərin məhdud sayda (stadionun tutumunun 10 faizinə qədər) olacağını söyləyib. Qeyd edək ki, Rusiya Premyer Liqası martın 17-də koronavirus pandemiyasına görə dayandırılıb.