Maliyyə naziri: “Büdcəyə yenidən baxılması üçün müraciət etməmişik”

2 İyun 2020 14:42 (UTC+04:00)
"Dövlət büdcəsinə yenidən baxılması üçün müraciət etməmişik". Mövqe.az yerli kiv-lərə istinadən xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. "Hazırda biz tələsmirik, daha çox gözləyici mövqe nümayiş etdiririk", - o, əlavə edib. Nazir ölkədə karantin rejiminin tətbiq edildiyini xatırladıb: "Şübhəsiz ki, karantin rejiminin mənfi təsirləri qaçılmaz idi. Lakin biz bu gün karantindən çıxmaqla ölkə iqtisadiyyatında başqa prosesləri izləyirik. Dörd ay haqqında artıq məlumatlar mövcuddur. Beş ay haqqında məlumatlar isə yaxın vaxtlarda olacaq".