TQDK valideynin özünü qapıya zəncirləməsinə münasibət bildirdi

18 İyul 2013 17:59 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün Göyçay rayonundan gələn valideynin özünü komissiyanın binasına zəncirləməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin ANS PRESS-ə verdiyi məlumata görə, Göyçay rayon sakinin bu gün TQDK-nın qapısına özünü zəncirləmək istəməsi ilə bağlı yayılan informasiya tamamilə yanlışdır və belə bir hal qeydə alınmayıb. 


"Təəssüf ki, bəzi KİV nümayəndələri qeyri-peşəkar, hadisələrlə bağlı məlumatsız olduqları halda əsassız informasiyalar yazırlar. Guya valideyn imtahanı verən oğlunun nəzarətçilər tərəfindən imtahan zalından çıxarılmasına etiraz edib. Amma Göyçay rayonunda keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanından heç bir abituriyent xaric olunmayıb".