İllik qiyməti pis olan şagirdlər də buraxılış imtahanına buraxılırlar - Orxan Abbasov

2 İyun 2020 20:41 (UTC+04:00)
İllik qiyməti iki olan şagirdlər də buraxılış imtahanına buraxılır və onlara müvafiq sənəd verilir. Mövqe.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib. O əlavə edib ki, illik qiymətlərindən narazı qalan 5-8 və 10-cu sinif şagirdləri say məhdudiyyəti olmadan öz qiymətlərini düzəldə bilərlər.