Koronavirus İraq Məclisinə sıçradı

2 İyun 2020 21:47 (UTC+04:00)
İraq Məclisinin bəzi deputatlarının koronavirus testi pozitiv çıxıb. Publika.az "Haberler"e istinadla xəbər verir ki, bu barədə İraq Məclisinin Korona Krizis Masasının üzvü Abbas İlevi məlumat verib. O bildirib ki, həmin deputatların ailə üzvləri də koronavirusa yoluxub. İraq Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkədə 6 min 686 nəfər koronavirusa yoluxub, 215 nəfər vəfat edib, 3 min 275 nəfər xəstəliyə qalib gəlib.