AzTV-nin əməkdaşı karantinə alındı

3 İyun 2020 11:37 (UTC+04:00)

Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru koronavirus şübhəsi ilə karantinə alınıb.

Bu barədə Teleqraf.com-a açıqlamasında sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumat verib:

"Çəkilişlərdən əvvəl operatorlardan analiz götürülür. Bir operatorda şübhəli əlamətlər olduğuna görə karantinə alınıb. Araşdırma aparılır, nəticə haqqında məlumat veriləcək".