"Messini bir də görmək üçün 20-30 il gözləmək lazım gələcək"

3 İyun 2020 13:12 (UTC+04:00)

“Real”ın sabiq futbolçusu, braziliyalı Ronaldo diqqətlə izlədiyi futbolçuların adlarını açıqlayıb.

Goal.az xəbər verir ki, “yekədiş” ləqəbli sabiq hücumçu 5 futbolçunu n oyununu diqqətdə saxladığını bildirib.

Onların arasında Kriştiano Ronaldo yozdur: “Əlbəttə, ilk sırada Lionel Messi dayanır. Onun kimi talantı bir daha görmək üçün 20-30 il gözləmək lazım gələcək.

Məni Salah, Azar və Neymarın da oyunu cəlb edir. Təbii ki, Mbappenin də. Çoxları Mbappeni mənimlə müqayisə edir. Əlbəttə, oxşar cəhətlərimiz var. Amma müxtəlif nəsillərin futbolçuları arasında müqayisə aparmaq ürəyimcə deyil”. (sportinfo)