Lənkəran sakini traktorun altında qalaraq öldü

3 İyun 2020 14:26 (UTC+04:00)

Lənkəranda faciəvi hadisə baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Liman şəhəri ərazisində qeydə alınıb. 

Boladi kənd sakini, 1982-ci il təvəllüdlü Famil Musayev ehtiyatsızlıq səbəbindən həmkəndlisi Mikayıl Məlikzadənin idarə etdiyi qoşqulu traktorun altında qalaraq ölüb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik dəqiq deyil. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.