Bakıda minik avtomobilini yolun ortasında parklanıb

3 İyun 2020 16:00 (UTC+04:00)

Bakıda "Mitsubishi Pajero" markalı minik avtomobilini Dövlət Statistika Komitəsinin qarşısından keçən yolun ortasında parklanıb. 

Mövqe.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 

Qeyd edək ki, BNA paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarətin təkmilləşdirilməsi üzrə işlər davam etdirir. Bu çərçivədə, nəzarət tədbirləri xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılır. Avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar video-çəkilişlə qeydə alınır.