Barcelona-nın futbolçuları rəhbərliyin qərarına etiraz etdi

3 İyun 2020 16:08 (UTC+04:00)

Barcelona futbolçuları maaşların ikinci dəfə azaldılmasına qarşı çıxıblar.

Goal.az xəbər verir ki, prezident Jozep Bartomeu maddi vəziyyəti çətin olan kluba kömək etmələri üçün oyunçulardan növbəti dəfə maaşlarının bir hissəsindən imtina etmələrini istəyib. Lakin futbolçular təklifi müsbət qarşılamayıblar.

Son üç ay ərzində Barcelona oyunçuları onlara çatmalı olan ödənişlərin maksimum 17%-ni ala biliblər. Bu sayədə "katalonlar" sözügedən period ərzində 40 milyon avrodan çox qənaət edib.