Qaxa dolu düşüb

3 İyun 2020 22:32 (UTC+04:00)

Bu gün Qax rayonu ərazisində hava şəraiti kəskin dəyişib.

Mövqe.az Report-a istinadən xəbər verir ki, rayonun Almalı kəndinə dolu yağıb.

Təxminən 5 dəqiqə davam edən dolunun diametri 5-20 millimetr olub. Kənd sakinləri bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub və bəzi rayonlara ildırımla müşahidə olunan leysan yağışları yağıb və dolu düşüb.