Universitetə görə anasını məhkəməyə verdi

19 İyul 2013 11:29 (UTC+04:00)

Anaya bir ildən beş ilə qədər həbs cəzası verilə bilər

Türkiyədə Yesuqay Oba adlı gənc universitet seçimlərinə müdaxilə edən anasını prokurorluğa şikayət edib.Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yesuqay Orta Doğu Texniki Universitetində (ODTÜ) oxumaq istəsə də, anası onun Boğaziçi Universitetində oxumasını məsləhət bilib. 


Ailə daxilində baş verən mübahisədən sonra 18 yaşlı gənc İstanbul prokurorluğuna gedərək anası Nurdan Obadan şikayətçi olduğunu bildirib. Yesuqay anasının onun azadlığını əlindən almağa cəhd etdiyini və istəmədiyi halda Boğaziçi Universitetini yazmasına məcbur etdiyini deyib. 


Prokurorluq istintaq başladıb. 


Qeyd edək ki, Türkiyə konstitusiyasının 109-cu maddəsinə görə, hər hansı bir insanı hüquqa zidd olaraq bir yerə getmək və ya bir yerdə qalmaq azadlığından məhrum edən şəxsə bir ildən beş ilə qədər həbs cəzası verilə biləcəyi qeyd olunub.