Ermənistanda bir gündə 697 nəfər koronaya yoluxdu

4 İyun 2020 11:44 (UTC+04:00)

Ermənistanda son sutka ərzində koronavirusa 697 nəfər yoluxub.

Mövqe.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Bununla ölkədə koronavirusa yoluxanların ümumi sayı 11221 nəfərə çatıb. Son sutkada koronavirusdan ölənlərin sayı 6 nəfər artaraq, 176-ya çatıb.