İcra başçısı xanım direktora yüksək vəzifə verdi

4 İyun 2020 12:28 (UTC+04:00)

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov xanım direktoru yüksək vəzifəyə təyin edib.

Mövqe.az Unikal.org-a istinadən xəbər verir ki, Ə.Əzizovun əmri ilə, Axundova Könül Arif qızı Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, K.Axundova bu təyinata qədər Sabunçu Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb.