Bu ərazilərdə qatarların sayı artırıldı- CƏDVƏL

4 İyun 2020 13:53 (UTC+04:00)

Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə karantin rejimi müddətinin iyunun 15-dək uzadılması və tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara təlabat çoxalıb.h

Bu barədə Mövqe.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Qeyd olunub ki, həmin istiqamətdə sərnişinlərin karantin qaydalarına uyğun hərəkətinin təmin edilməsi və sıxlıq yaşanmaması üçün qatarların sayı artırılıb.

Bu məqsədlə Bakı-Xırdalan-Sumqayıt-Bakı, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilib.

Yeni hərəkət cədvəlini təqdim edirik.