Daxili uçuşlar yaxın zamanda bərpa edilə bilər

4 İyun 2020 18:00 (UTC+04:00)

Daxili uçuşların yaxın zamanda bərpa olunması gündəmdədir.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Burada hava nəqliyyatında tətbiq olunacaq metodiki göstərişlər hazırlanıb. Daxili uçuşlar zamanı keçiriləcək gəliş-gedişlərə laboratoriya analizlərin keçirilməsi nəzərdə tutulur".

O qeyd edib ki, beynəlxalq uçuşların bərpası ilə bağlı ölkələrlə müzakirələr davam edir: "Güman edilir ki, 1 iyula qədər beynəlxalq uçuşlar gecikdirləcək".