Xəstəxanalar dolsa, nə baş verəcək?.. - TƏBİB

4 İyun 2020 18:18 (UTC+04:00)

Ölkəmizdə kifayət qədər çarpayı ehtiyatı var.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Xəstəxanalarında yer dolsa belə, yenə də məktəblərin pandemiya xəstəxanalarına keçirilməsinə ehtiyac olmayacaq. Bizim bütün resurslarımız mövcuddur. Xəstəxanalar müvafiq tibbi ləvazimatlarla tam təchiz olunub. Bir daha sübut olundu ki, dünyanın heç bir ölkəsi buna hazır deyildi, lakin ölkəmiz bütün zəruri ehtiyacları qısa zamanda tamamlayıb", - o bildirib.