Prezident Necdet Ünüvarı “Dostluq” ordeni ilə təltif etdi

4 İyun 2020 19:32 (UTC+04:00)

Prezident İlham Əliyev Necdet Ünüvarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Sərəncam imzalayıb.

Mövqe.az-ın məlumatına görə, Sərəncamla Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Necdet Ünüvar "Dostluq" ordeni ilə təltif edilir.