Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

4 İyun 2020 22:21 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 4-nə olan statistik göstəriciləri açıqlayıb.

Mövqe.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 522 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 322 574 test aparılıb.