Almaniyada 99 yaşlı kişi koronavirusdan sağalıb

4 İyun 2020 23:26 (UTC+04:00)

Almaniyada 99 yaşlı kişi koronavirusdan sağalıb.

Trend-in məlumatına görə, o, xəstəxanaya yerləşdirildikdən 4 həftə sonra evə buraxılıb.

Həkimlər bildirib ki, həmin şəxs xəstəliyi nisbətən yüngül formada keçirib. Xəstəxanada onun pnevmoniyanın yüngül formasnı keçirdiyi də məlum olub.

Hazırda kişinin tamamilə sağlam olduğu bildirilir.