RİTN daha bir elektron xidmətini təqdim etdi

19 İyul 2013 12:31 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Elektron hökumət" portalında istifadəçilər üçün növbəti xidmətini təqdim edib.

 

"Klassifikator üzrə idarələrin axtarışı" adlanan bu xidmət vasitəsilə portal istifadəçiləri ölkədə fəaliyyət göstərən dövlət orqanları, o cümlədən bir sıra xidmət, ictimai-iaşə, tibb, elm, mədəniyyət, təhsil, ümumiyyətlə, bütün fəaliyyət sahələri üzrə idarə və təşkilatların, həmçinin digər obyektlərin adı, ünvanı, telefon nömrəsi, bank hesab nömrəsi, VÖEN-i haqqında məlumat əldə edə biləcəklər.