Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib

5 İyun 2020 09:10 (UTC+04:00)

Bakı-Sumqayıt avtomobil yolunda avtomobil qəzaya uğrayıb.

“Report”un məlumatına görə, “Prado” markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. İlkin məlumata görə, qəzaya sürücünün sürət həddini aşması səbəb olub. 

Hələlik hadisə zamanı xəsarət alanların olub-olmaması məlum deyil.