Polis Bakıda əməliyyat keçirdi, evdən silah aşkarlandı

5 İyun 2020 09:51 (UTC+04:00)

Bakıda silahlı şəxs yaxalanıb.

Mövqe.az-ın məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında rayonun Binə qəsəbəsində yaşayan Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Nicat Əbdülrəhmanovun evində axtarış aparılıb.

Axtarış zamanı onun həyətində torpağa basdırdığı “TT” markalı tapança və 24 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.