Bolqarıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

13 May 2012 22:05 (UTC+04:00)

Bu gün axşam saatlarında xanım Çeçka Çaçeva Bayraq Meydanına baş çəkəcək. Sabah isə onun Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət edəcəyi gözlənilir. Səfər zamanı Bolqarıstan parlamentinin sədri ölkə başçısı İlham Əliyev və Milli Məclisin spikeri Oqtay Əsədovla görüşəcək. Həmçinin qonağın parlamentdə və digər rəsmi qurumlarda bir sıra görüşləri planlaşdırılır.

Çeçka Çaçeva jurnalistlərə bildirib ki, keçiriləcək görüşlərdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişaf perspektivləri, beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq, eyni zamanda parlamentlərarası əlaqələrin inkişafı və ölkələrarası əlaqələrin inkişafında parlamentlərin rolu müzakirə olunacaq.