Dağıstanda 6 Azərbaycan vətəndaşı koronavirusa yoluxub

5 İyun 2020 14:56 (UTC+04:00)

Dağıstanda 6 Azərbaycan vətəndaşında COVID-19 virusuna yoluxma aşkarlanıb.

Mövqe.az xəbər verir ki, Dərbənd Mərkəzi Şəhər Xəstəxanasından verilən məlumata görə, müvəqqəti yerləşmə məntəqəsindən gətirilən 13 Azərbaycan vətəndaşının 6-da koronavirus testi müsbət nəticə verib və həmin şəxslər xüsusi xəstəxanaya yerləşdiriliblər.