ABŞ-da ATIŞMA: 7 nəfər öldü

5 İyun 2020 17:17 (UTC+04:00)

ABŞ-ın Alabama ştatında atışma baş verib.

Trend-in məlumatına görə, hadisə yerində 7 nəfərin meyiti aşkarlanıb.

Qeyd edilir ki, polis odlu silahdan atəş səslərinin eşidilməsi barədə informasiya aldıqdan sonra verilən ünvana gedib. Hadisə yerində odlu silahdan açılmış atəş nəticəsində ölən 7 nəfərin cəsədi tapılıb.

 

Qətldə şübhəli şəxslər və hadisənin motivləri barədə hələ məlumat yoxdur. Araşdırma davam edir.