Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

5 İyun 2020 22:04 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 5-nə olan statistik göstəriciləri açıqlayıb.

Mövqe.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 811 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 328 385 test aparılıb.