Erməni faşizminin ifşasında yeni dalğa başlayır

6 İyun 2020 09:10 (UTC+04:00)

 

Bəşəriyyətin tarixində ən dağıdıcı siyasi qüvvələrdən olan faşizmin törətdiyi cinayətlər yaddaşlardan heç vaxt siliməyəcək. Bu aksiomadır. Hətta daxilində faşizmin formalaşdığı alman xalqı da bu ideologiyaya nifrətini gizlətmir, həmişə onu insanlığa ləkə kimi lənətləyir. Amma bəzi xırda dövlətlər var ki, onlar beynəlxalq müstəvidə heç bir ciddi rola və nüfuza malik deyillər, amma faşizmi özlərinə fundamental ideologiya seçərək dünyaya meydan oxumaq arzusundadırlar. Bu ideologiyanın əsas tətərfdarlarından və neonasizmin banilərindən biri məhz ermənilərdir.

Artıq bir neçə ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev erməni faşizminin iç üzünü açıb dünya ictimaiyyətinə göstərir və bununla da Ermənistan respublikasının Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin mahiyyətinin haradan qaynaqlandığını sübut edir. II Dünya Müharibəsində faşizm üzərində qələbənin 75 illik yubileyi ilində bu mövzu xüsusilə aktuallaşıb. Çünki faşizm kütləvi qırğındır, bəşər övladının məhvinə aparan müharibələr çeşməsidir, bir sözlə, cinayətdir.  Bu günlərdə Tərtər rayonunda yeni Olimpiya İdman-sağlamlıq Mərkəzinin açılışında ictimaiyyətlə görüşən Azərbaycanın dövlət başçısı bir daha bu mövzuya qayıdaraq, ümumiyyətlə, Ermənistan dövlətinin terrorçu mahiyyətini ifşa edib: “Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki,Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib”.

Prezident İlham Əliyevin erməni faşizminə qarşı bu cür kəskin və ardıcıl mübarizə aparması təsadüfi deyil. Çünki, bu gün Azərbaycan torpaqlarının işğalının əsasında bu ideologiya dayanır. Ermənilərin beyninə yeridilib ki, azərbaycanlılar onların düşmənidir və harada görsəniz hücum edin, öldürün. Bu ideologiya isə torpaqlarımızın sülh yolu ilə azad edilməsi prosesinin əksinə təbliğat aparır. Faşizm ermənilik düşüncəsinin astar üzüdür və bu səbəbdən Ermənistan ətrafında olan 4 ölkənin üçü ilə torpaq davası aparır. Yəni, başqalarının əsrlər boyu minbir əziyyətlə qurduğu dövləti parçalamaq, abadlaşdırılan torpaqlara yiyələnib özünün “böyük Ermənistan” dövlətini yaratmaqdır.

30 ildir ki, Cənubi Qafqazda rahatlığın olmaması da Ermənistanın ayağına yazılan qəbahətdir və faşizmdən su içir. Xocalı soyqırımı erməni faşizminin kulminasiya nöqtəsidir. İndiyə qədər erməni terroçular həyasızcasına Azərbaycan torpağında azərbaycanlıların başlarına açdıqları dəhşətli əməllərini həvəslə öz ermənilərinə danışır, bu təbliğatı saxta elmi nəşrlərdə, məktəblilərin dərs kitablarında davam etdirirlər. Azərbaycanın ərazisində yaradılmış qondarma respublika da bu ideologiyaya əsaslanır. Bu haqda danışan bizim prezident deyib: “Bildiyiniz kimi, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkiləri keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir. Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıbdır, ictimaiyyətə təqdim edibdir. Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub”.

Faktlar sübut edir ki, faşizm elə bir bəladır ki, ona mübtəla olan öz içərisindən çürüyür.

Ermənistanda bütün rəhbərlər cinayətkarlıq yolunu seçir və bu üsullarla ya idarə edir, ya da idarə olunur. Bu ölkədə təmiz mənəviyyatlı insan tapmaq çətindir. Bu mənada Prezident İlham Əliyevin tənqidləri bir yandan da ermənilərin özlərinə faydadır. Çünki onları faşizmdən uzaqlaşmağa, bəd əməllərdən əl çəkməyə, sülhə, əmin-amanlığa çağırır. Bu çağırışlar sadə ermənilərədir. Ona görə ki, cinayətkar rejimlər onların başına ip salıb oynatmağa çalışır, öz çirkin niyyətlərinin alətinə çevirirlər. Düşünmək olar ki, faşizmin ifşasına yönəlmiş bu cür çıxışlar ermənilərin ictimai-siyasi fəallığının artmasına təsir edəcək, onlara getdikləri yolun mahiyyətini anlamaqda kömək olacaq.

Axı, onlar da başqaları kimi fizioloji qabiliyyətlərə malikdirlər. Əgər, düşünmək qabiliyyətlərindən dolğun istifadə etsələr, gələcəklərinin xoş olması üçün hansı istiqamətə getmək lazım olduğunu daha dəqiq müəyyənləşdirə biləcəklər.

N.NOVRUZ