Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

6 İyun 2020 13:02 (UTC+04:00)

Sabah - iyunun 7-də Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Mövqe.az-a paytaxtın kommunal strukturlarından məlumat əldə edib. 

Dezinfeksiya işləri səhər saatlarından başlayacaq.