Deputat sosial şəbəkə istifadəçilərinə çağırış etdi

6 İyun 2020 15:15 (UTC+04:00)

Son zamanlar yenə sosial şəbəkələrdə tənqidlə təhqiri ayırd edə bilməyənlərin çoxalması birmənalı qarşılanmır. Bəziləri məsələnin mahiyyətini bilmədən, məqalədə sözügedın adamları təhqir etməyi qəhrəmanlıq sayır, iş hüquqi müstəviyə gedib çıxanda məzlumcasına üzr istəyirlər. Elə Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu xoşagəlməz hallara son qoymaq üçün sosial şəbəkə istifadəçilərinə şəxsi facebook səhifəsindən çağırış edib. Millət vəkilinin yazdıqlarını olduğu kimi dərc edirik: "Əziz həmvətənlər! Dəyərli dostlar! Sosial şəbəkələrdə müşahidə etdiyim xoşagəlməz bir tendensiya ilə bağlı fikirlərimi sizlərlə bölüşürəm: 1. Status və şərhlərdə (söhbət konkret şəxsdən getmir) söyüşdən istifadə, təhqir bütün hallarda yol verilməzdir. Tənqid ola bilər, kimsə hansısa fikirlə razılaşmaya bilər və bu hər kəsin təbii haqqıdır. Ancaq üslub çox önəmlidir. 2. Söyüş və təhqir normal psixilogiya və əxlaqın göstəricisi deyil. Bu kimi halların aradan qalxması hamımızdan asılıdır. Burada ictimai qınaq ciddi rol oynaya bilər".
Elnurə