ÜST maskaların istifadəsi ilə bağlı təlimatını yeniləyib

6 İyun 2020 20:37 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı maska istifadəsi ilə bağlı yeni təlimatları açıqlayıb.

Bu barədə Mövqe.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Qeyd olunub ki, təlimatlara görə infeksiyanın yoluxma təhlükəsi yüksək olan bütün ictimai yerlərdə maskaların istifadəsi zəruridir. 

"ÜST-ün maska istifadəsinin əhəmiyyəti ilə bağlı yeni tövsiyələri akademik çalışmalarla sübut edilib. 

Vətəndaşlarımızı bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi qaydalara əməl etməyə çağırırıq" - deyə, məlumatda qeyd olunub.