Sumqayıtda kütləvi bıçaqlanma baş verib, ölən və yaralı var

6 İyun 2020 22:51 (UTC+04:00)

Sumqayıt şəhərində gənclər arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb.

“Report”un Sumqayıt - Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

Gənclər arasında düşən mübahisə zamanı Namiq adlı şəxs ürəyindən bıçaqlanaraq öldürülüb. Digər bıçaq yarası alan Zöhrab Qasımov isə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır, digər şəxslərin kimliyi müəyyənləşdirilir.