Xoşqədəm Hidayətqızının ailəsində ağır itki

19 İyul 2013 14:03 (UTC+04:00)

Tanınmış jurnalist, ATV-nin "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına ağır itki üz verib.

Mövqe.az-ın modern.az saytına istinadən xəbərinə görə, iyulun 18-də X.Hidayətqızının 13 yaşlı bacısı oğlu və onun 14 yaşlı digər qohumu Ağsu rayonunda göldə çimərkən boğulublar.