ABŞ-ın “F-15 E” təyyarələri atom bombası ata biləcək

9 İyun 2020 09:00 (UTC+04:00)
ABŞ-ın "F-15E" qırıcı-bombardmançı təyyarəsinin "B61-12" atom bombasını daşıya bilməsi ilə bağlı sınağı uğurla həyata keçirilib. Sınaqlar ABŞ Hava Hərbi Qüvvələrinin iştirakı ilə baş tutub və mart ayında Nevada səhrasında həyata keçirilib. Lakin bu barədə məlumat indi verilib. Sınaqlar sayəsində yarım əsr əvvəl silahlanmaya daxil edilən bombaların istifadəsi daha 20 il uzadıla biləcəyi ifadə edilib. Qeyd edək ki, 2017-ci ildə ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) Hava Hərbi Qüvvələrinin iştirakı ilə iki dəfə döyüş başlığı olmayan "B61-12" atom bombasını sınaqdan keçirib.