Türkiyənin məşhur aktrisası vəfat etdi

9 İyun 2020 11:46 (UTC+04:00)
Türkiyənin məşhur aktrisası Ayşegül Atik 72 yaşında dünyasını dəyişib. "Report" "Sözcü"yə istinadən xəbər verir ki, o, ürəktutmasından vəfat edib. Qeyd edək ki, A.Atik 1948-ci ildə Türkiyənin paytaxtı Ankarada doğulub. O, Ankara Universiteti Dövlət Konservatoriyasının "Teatr" ixtisasını bitirib. Film və teatr oyunçusu olan A.Atika "Ən son babalar duyar" və "Döz ürəyim" serialları ilə məşhurluq qazanıb.