Məşhur azərbaycanlı bloqer sürücülük hüququndan məhrum edildi

9 İyun 2020 15:20 (UTC+04:00)
Rusiyada bloqer fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı iş adamı Hüseyn Həsənov üç ay müddətinə sürücülük hüququndan məhrum edilib. Bu barədə "LifeShot" xəbər yayıb. Məlumata görə, qərara səbəb bloqerin avtomobilində dəyişə bilən nömrələrin olmasıdır. Onun qırmızı avtomobili ("Mercedes benz G Class") mayın 9-dan 10-na keçən gecə Moskvada saxlanılıb. Bloqer protokolu imzalamaqdan imtina edib. Oxu.az