Xaricdə müalicə üçün 6 nəfər müraciət edib

19 İyul 2013 16:00 (UTC+04:00)

Bu ilin 6 ayı ərzində Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya"sına 782 nəfər müraciət edib. Komissiyanın sədri Nəsib Quliyev Movqe.az-a açıqlamasında deyib ki, komissiyanın keçirdiyi iclaslarda onların hər birinin müraciətinə baxılıb. Xaricdə müalicə üçün müraciət edənlərin xəstəliklərinin müalicəsi Azərbaycanda mümkün olduğundan, onların 780 nəfəri ölkə daxilindəki dövlət və özəl tibb müəssisələrində yerləşdirilib. İki nəfərin isə Azərbaycanda müalicəsi mümkün olmadığından, onlar Türkiyəyə göndərilib.