"SABRA" əmtəə nişanlı saxta qadın geyimləri aşkar edilib

19 İyul 2013 16:35 (UTC+04:00)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında fəaliyyət göstərən fiziki şəxs Vüqar Bayramova məxsus mağazada aparılan yoxlama zamanı fərdi sahibkar İlham İsayevevə məxsus "SABRA" əmtəə nişanının təqlidi olan saxta qadın geyimlərinin satıldığı aşkar edilib.


Mövqe.az İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən fiziki şəxs Vüqar Bayramov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.