Ölkədə boşanmaların səbəbi nədir?

14 May 2012 12:42 (UTC+04:00)
Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, ötən il ölkədə 78,9 min nikah qeydə alınsada, boşanmaların sayı  7,8 min olub.

Ekspertlər boşanmaların sayının artmasını müxtəlif səbəblərlə əlaqələndirirlər.

Qeyd edək ki, boşanmaların səbəbləri sırasında ilk yeri ailədəki emosional gərginlik, əsassız söz-söhbət, dedi-qodu tutur.

 Gəlin-qayınana, gəlin-baldız, gəlin-qayın arvadı arasındakı söz-söhbətlərin də çox vaxt boşanma ilə nəticələnir.

Boşanmaların digər səbəbi isə kişilərin pis vərdişlərə (narkomaniya, alkoqolizm) meyl etməsidir.

 Bəzən iqtisadi çətinliklər, sosial-məişət problemləri də boşanmalarla nəticələnir.

Bəzən xasiyyətlərdə tutuşmaya bilər. Lakin həyat yoldaşları bir-birlərini başa düşməli və hörmət etməlidir. Əks halda boşanmaların sayı hər gün artacaq.

Türkan Nadirqızı

Movqe.Az