İngiltərədə eynicinsli evliliyi artıq rəsmiləşdi

19 İyul 2013 17:40 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərə və Uelsdə homoseksual(eynicinsli) evliliyin rəsmi olaraq qəbul edilməsini nəzərdə tutan qanun layihəsi qəbul olunub. Böyük Britaniya İcmalar Palatasının spikeri Con Berkou millət vəkillərinin ötən gün üzərində razılaşdığı homoseksual evliliyin qanuniləşməsiylə əlaqədar qanun layihəsinin Kraliça 2-ci Elizabet tərəfindən təsdiqləndiyini   açıqlayıb.  Qanunun qüvvəyə minməsiylə ölkədə ilk homoseksual evliliklərin gələn ildən etibarən edilməsi gözlənilir. Qanunla, homoseksual cütlər həm rəsmi, həm də dini mərasimlərlə evlənə biləcək, qadın-kişi evliliklərindəki eyni haqq və qaydalara sahib olacaq.  İngiltərə Baş naziri Deyvid Kameron lideri olduğu Mühafizəkar Partiyadan bəzi millət vəkillərinin qanuna qarşı çıxmasına baxmayaraq, parlamentin əksəriyyəti və Kameron qanunu dəstəkləyib. Kameron daha əvvəl etdiyi şərhdə, "homoseksualın da evlənmə haqqı olduğunu düşünürəm" demişdi. Lakin ölkədəki bəzi katolik din adamları qanunun evlilik təşkilatına zərər verdiyi fikrindədir "deyib. İngiltərədə "mədəni ortaqlıq" adı altında homoseksual cütlər 2005-ci ildən bu yana həyatını birləşdirə bilirdi. Lakin homoseksual cütlər kilsələrdə və dini təşkilatlarda evlənə bilmir və "evli" olaraq adlandırılmırdı.