Kokosun faydaları

19 İyul 2013 20:35 (UTC+04:00)

Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kokosun (Hind qozu) həm südünün, həm də suyunun tərkibinin steroid olmayan iltihabəleyhinə olan dərmanlardan qaynaqlandığı və mukozal ereksiyaya qarşı xora önləyici xüsusiyyətlərə malik olduğu bildirilir. Bu meyvə həzm sistemi xəstəliklərinin müalicəsində təsirli hesab olunur. Qəbzlik, kolit, mədə xorası, ishal, qusma, qaz, dizenteriya kimi xəstəliklərə qarşı effektlidir.


İnsan bədənini gücləndirməklə bərabər, kokos, kökəldici xüsusiyyəti ilə də tanınır. Tərkibində asanlıqla həzm olunan yağ, amin turşuları və yüksək keyfiyyətli zülal var. Kalium, natrium, maqnezium, və kükürd baxımından isə, olduqca zəngin bir qida hesab olunur. Quru kokos (hind qozu) mədədə olan turşu problemlərinin müalicəsində təsirlidir. Qusmanı aradan qaldırmaq üçün digər metodlarla yanaşı, kokosdan da istifadə edilə bilər. Kokos həm də, yaddaşı gücləndirməyə və bərpa etməyə kömək edir. Tədqiqatçıların sözlərinə görə, kokos yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Hind qozunun normal nitqi saxlamağa kömək etdiyi də bildirilir.


Alimlər əhvalı yaxşılaşdırmaq üçün hər gün 30 qram kokos yağı qəbul etməyi tövsiyə edirlər. Digər araşdırmanın nəticələri isə göstərib ki, kokosun tərkibində olan yağlar qaraciyəri toksinlərdən qoruyur, ağciyərlərə, böyrəklərə kömək edir, iltihabi proseslərin və ürək xəstəliklərinin konsentrasiyasını aşağı salır.


Tropik bölgələrdə yetişən bu meyvənin ağ dənəciklərindən keks və tortu bəzəmək və dad qatmaq məqsədiylə istifadə edirlər. Meyvəsindən əldə edilən maye isə tibbdə istifadə edilməkdədir.