Avtobus qəzasında ölən hərbçinin adı açıqlanıb - YENİLƏNİB

19 İyul 2013 18:10 (UTC+04:00)

Azərbaycanda baş verən avtobus qəzasında ölən hərbçinin adı açıqlanıb.


Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, "PAZ" markalı avtobusun dərəyə yuvarlanması nəticəsində, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbçisi, kapitan Elxan Zülfüqar oğlu Əliyev dünyasını dəyişib.

 

Digər yaralılar isə ağır vəziyyətdə hospitala yerləşdiriliblər.