Müsəlman Qardaşlardan vətəndaş müharibəsi xəbərdarlığı

19 İyul 2013 18:00 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Misirdə Müsəlman Qardaşlar Təşkilatı ordunun 3 İyulda reallaşdırdığı hərbi həmlənin ölkədə vətəndaş müharibəsinə səbəb ola biləcəyi xəbərdarlığını edib. İhvan tərəfindən ramazan ayının 10-cu gününə əhatə edən 1973-cü ildə Ərəb-İsrail döyüşünün il dönümü münasibətiylə yazılı şərh verib.  İhvanın şərhində, "Ordu, seçilmiş prezident Məhəmməd Mursini  konstitusiyanı təxirə salaraq və Şura Məclisini ləğv edərək siyasətə qarışmışdır. Ordunun bu hərəkəti nəticəsində Misirdə vətəndaş müharibəsi çıxmasından, xalq və ordu arasında fikir ayrılığı yaşanmasından, ordu daxilində parçalanmalar olmasından narahatlıq duyuruq "deyilib.

Siyasətə qarışan ordunun, 1967-ci ildə İsrailə yenilən Misir ordusunu xatırlatdığı vurğulanan şərhdə, "Ordu o dövrdə də öz vəzifəsi xaricinə çıxmış, hərbi öhdəliklərini bir kənara qoymuşdu" ifadəsini işlədib.