Obama, Netanyahu ilə görüşdü

19 İyul 2013 20:56 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ prezidenti Barak Obama, İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb. Ağ Evdən edilən şərhdə, davamlı müşavirələrinin bir hissəsi kimi Obama və Netanyahunun telefon görüşməsi etdiyi qeyd edilib. İki liderin Misir, İran və Suriyadakı son inkişaflar daxil olamaqla regional məsələləri müzakirə etdiyi ifadə edilən şərhdə, Obamanın Netanyahunu, Fələstinlilər ilə müzakirələrə tezliklə yenidən başlaması üçün ABŞ xarici işlər naziri Con Kerri ilə işə davam etməsi istiqamətində təşviq etdiyi bildirilib.